Varis olmağın səbəbləri
Varis olmağın üç səbəbi vardır:
- Nəsil-nəcabət, qohumluq: Uca Allah buyurur: «Qohumlar (bir-birinə vərəsə olmaq baxımından) Allahın Kitabında möminlərdən və mühacirlərdən daha yaxındırlar...».
- Əl-Vəla: İbn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kölənin azad olunması, nəsil-nəcabət bağlılığı kimidir»[1].
- Nikah: Uca Allah buyurur: «(Ey kişilər! Vəfat etmiş) arvadlarınızın ... qoyub getdikləri malın yarısı sizindir...»[2].