Ölən insanın malının nə qədəri miras sayılır

    10.04.2015

İnsan öldükdən sonra cənazəsinin hazırlanması və dəfn xərcləri qoyub getdiyi mirasdan ödənilir. Sonra əgər borcu varsa borcu ödənilir. Daha sonra isə vəsiyyət edibsə vəsiyyəti icra olunur. Bundan sonra nə qalırsa həmin mal varislər arasında bölünür. Uca Allah buyurur: «Bu, ... edilən vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra icra olunur...»[1]. Həmçinin Əli (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) vəsiyyətin icrasından əvvəl, vəsiyyət sahibinin börcunun ödənilməsini tələb edərdi[2].

 
[1] ən-Nisa: 12.
[2] Hədis həsəndir. Səhih Sünən İbn Macə: № 2195. əl-İrva: № 1667. İbn Macə: 2/ 906/ № 2715. Tirmizi: 3/ 294/ № 2205.