Altıda bir hissə yeddi nəfərin payıdır
1. Övlad və ya qardaşla birlikdə olan ana:
Uca Allah buyurur: «...Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir. Əgər onun övladı olmayıb, varisi yalnız ata və anadan ibarətdirsə, (malın) üçdə bir hissəsi anaya aiddir. (Qalan hissə tamamilə ataya çatır). Əgər ölmüş şəxsin qardaşları və bacıları varsa, ananın hissəsi altıda birdir...»[1].
2. Ananın yoxluğunda qalan nənə:
İbn əl-Munzir[2] (Allah ona rəhmət etsin) deyir: "Alimlərin yekdil rəyinə əsasən əgər ölənin anası yoxdursa nənəyə altıda bir hissə düşür".
3. Anabir qız və ya oğlan övladın mövcudluğu:
Uca Allah buyurur: «...Əgər (vəfat etmiş) kişi və qadının (ata-anası və övladı olmayıb) eyni anadan tək bir qardaşı və ya bir bacısı varsa, onların hər birinə mirasın altıda biri düşür...»[3].
4. Doğma qız ilə qalan, oğul qızı:
Əbu Qeys deyir ki, mən Huzeyl ibn Şurahbilin belə dediyini eşitmişəm: Əbu Musa (A.R.O.) qız, oğulun qızı və bacının miras payı haqqında soruşuldu. Cavabı belə oldu: «Qıza mirasın yarısı düşür. Bacıya da yarısı düşür. İstəyirsən İbn Məsudun yanına get ondan da soruş. O da mən deyəni deyəcəkdir. İbn Məsuddan bu haqda soruşdular və Əbu Musanın dediyini də ona çatdırdılar. Əgər mən haqqı söyləməsəm yolumu azmış olar, hidayət tapanlardan olmaram. Mən bu məsələdə Peyğəmbərin (S.A.V.) verdiyi hökmü verirəm: Qıza mirasın yarısı, oğulun qızına isə üçdə iki hissəni tamamlamaq üçün altıda bir hissə, yerdə qalan isə bacıya düşür».
Sonra biz Əbu Musanın yanına gəlib İbn Məsudun dediklərini ona çatdırdıq. O dedi: Sizin aranızdan belə bir alim olduğu halda məndən soruşmayın[4].
5. Doğma bacı ilə qalan atabir bacı:
Bu halda, doğma qız ilə qalan oğul qızının hissəsinə müqayisə edilərək, üçdə iki hissəni tamamlamaq üçün ona altıda bir verilir.
6. Övlad ilə qalmış ata:
Uca Allah buyurur: «...Övladı olduğu təqdirdə vəfat edənin ata və anasının hər birinə mirasın altıda bir hissəsi verilir...»[5].
7. Atanın yoxluğunda qalan baba:
İbn əl-Munzir deyir: «Alimlərin yekdil rəyinə əsasən baba, ayanın yerindədir».