Artıq qalmış mala varislik edənlər iki qismə bölünürlər: Nəsil-nəcabətə və ya hansısa səbəbə görə mala varis çıxanlar

    10.04.2015

Hansısa səbəbə görə mala sahib çıxmaq, köləni azad etməklə olur. Peyğəmbər (S.A.V.) demişdir: «Köləni azad edən, onun varisi sayılır»[1].
Digər hədisdə demişdir: «Kölənin azad olunması, nəsil-nəcabət bağlılığı kimidir»[2].
Köləlikdən azad olmaqla varis olmuş insan, yalnız nəsil-nəcabət qohumları olmadıqda varis ola bilər.
Azad olunmuş insanın kişi və ya qadın olması fərq etmir.
Abdullah ibn Şəddad, Həmzənin qızının belə dediyini rəvayət edir: «Mənim ağam öldükdə bir qız qoyub getmişdi. Peyğəmbər (S.A.V.) də onun malını mənimlə ağamın qızı arasında böldü. Malın yarısını mənə, yarısını isə ona verdi»[3].

 
[1] Buxari: 2/ 972/ № 2579. Müslim: 2/ 1141/ № 1504.
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 7157. Hakim: 4/ 341. Beyhəqi: 10/ 292.
[3] Hədis həsəndir. Səhih Sünən İbn Macə: № 2210. İbn Macə: 2/ 913/ № 2734. Hakim: 4/ 66.