Namaz qılarkən qadın necə geyinməlidir?

    18.01.2014
Sual: 
Namaz qilarken "qadin" uchun corab geyinmek vacibdirmi?
Cavab: 

Və aleykum Salam. İslama görə qadının üzü və əllərindən (biləklərə qədər) başqa bütün bədəni övrət yeri sayılır. Bu barədə Allah Quranda buyurur: "Mömin qadınlara da de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini naməhrəmə göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar". (ən-Nur, 31). 
Buna görə də qadın namaz qıldığı vaxt əli və üzü istisna olmaqla bütün bədənini örtməlidir. Qadın namaz qılarkən paltarı dar və əzaları bilindirən olmamalıdır. Şalvar isə dar olduğuna görə əzaları bilindirir. Ona görə şalvarda namaz qılmaq olmaz. Lakin, namaz qılacağınız paltarın altından şalvar geyinmək olar. Paltar enli olmalı, əzalar bilinməməli və baş örtülməlidir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyumuşdur: "Allah həddi büluğa çatan qadının namazını yalnız baş örtüyü ilə qəbul edər". (Əbu Dəvud, 627; İbn Məcəh, 655). Yalnız üz və əllər istisnadır. Bunların görsənməsində günah yoxdur.

Teqlər: 
Paylaş: