Möminin eyibini örtmək müstəhəbdir
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim bir müsəlmanın eyibini örtərsə, Allah da onun bu dünyada və axirətdə olan eyiblərini örtər»[1].
İnsanın öz eyibini örtməsi də müstəhəbdir. Peyğəmbər (S.A.V.) demişdir: «Mücahirlərdən (günahlarını və pis işlərini ifşa edənlərdən) başqa, bütün ümmətim bağışlanandır. Mücahirliyə məsəl olaraq: Kimsə gecə vaxtı bir pis iş görür və Allah taala onun bu eybini örtür. O isə öz eyibini açaraq deyir: Ey filankəs! mən dünən belə-belə iş görmüşəm. Allah taala gecə o yatan zaman onun eybini örtür, o isə səhər açılan kimi öz eybini ifşa etməklə üzərindən Allah örtüyünü götürür»[2].