Cəzaların tətbiqi günah sahibi üçün kəffarədir

    10.04.2015

Ubadə ibn əs-Sammit (A.R.O.) deyir ki, Peyğəmbərlə (S.A.V.) bir məclisdə olarkən belə dedi: «Mənə beyət edin ki, heç bir şeyi Allaha şərik qoşmayacaq, oğurluq və zina etməyəcəksiniz. Sonra bu ayəni oxudu: kim vəfalı çıxarsa onun mükafatını Allah verəcəkdir. Bu günahlardan birini edib cəzasını alan isə bununla bağışlanar. Amma kim bu günahlardan birini edər və Allah da onun bu işini gizli saxlayarsa onun işi Allaha qalmışdır. İstəsə onu bağışlar, istəsə cəzalandırar»[1].

 
[1] Buxari: 1/ 64/ № 18. Müslim: 3/ 1333/ № 1709. Nəsai: 7/ 148.