Namazları gizli qıldığım üçün bəzən vaxtında qıla bilmirəm...

    13.05.2015
Sual: 
Salam valdeyinlerim namaz qilmağıma razi olmayacaqlarını bildiyim üçün 3 aydir ki namazı gizli qiliram namazları vaxtında qiliram sübh namazını qıla bilmirəm gunorta namazı girməmişdən 20 dəq əvvəl qəzasını qılıram hər gun qəzasını qilmaq olar namazı terk etmek istemirəm
Cavab: 

Aleykum salam. Allaha dua edirik ki, sizə kömək olsun və sizin üçün asanlaşdırsın. Xatırladaq ki, namaz qılmaq Allahın əmridir, bunun üçün kiminsə icazəsi lazım deyil. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Xaliqə (yaradana) asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, Musnəd əsəri).
Amma valideynlərlə gözəl rəftar etmək və onları da dinə dəvət etmək lazımdır. Uca Allah buyurur: "Rəbbin yalnız ona ibadət etməyi və valideynlərinə yaxşılıq etməyi əmr edir". (əl-İsra, 23).
Namazları vaxtında qılmaq lazımdır, bunun üçün Allaha dua edin və vasitələr axtarın. Uca Allah buyurur: "Allahdan qorxana, Allah çıxış yolu göstərər". (ət-Talaq, 2).

Teqlər: 
Paylaş: