Zina edən bakirənin cəzası

    10.04.2015

Uca Allah buyurur: «Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun»[1].
Zeyd ibn Xalid əl-Cuhəni (A.R.O.) deyir ki, «mən, Peyğəmbərin (S.A.V.) zina etmiş bakirə insana yüz çubuq vurulmasını və bir il yaşadığı yerdən uzaqlaşdırılmasını əmr etdiyini eşitmişəm»[2].
Ubadə ibn əs-Sammit (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Məndən öyrənin, məndən öyrənin. Artıq uca Allah onlara yol göstərdi. Zina edən bakirə qadın və subay kişinin cəzası yüz çubuq və bir il müddətinə yaşadığı yerdən uzaqıaşdırılmaqdır. Zina edən evli kişi və qadının cəzası isə yüz çubuq və daşqalaqdır»[3].

 
[1] Nur: 2.
[2] Hədis səhihdir. əl-İrva: № 2347. Buxari: 12/ 156/ № 6831.
[3] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 1036. Müslim: 3/ 1316/ № 1690. Əbu Davud: 12/ 93/ № 4392. Tirmizi: 2/ 445/ № 1461. İbn Macə: 2/ 852/ № 2550.