Zinanın cəzası nə ilə isbat olunur?

    10.04.2015

Zinanın cəzası iki şeylə: zina edənin öz etirafı və ya şahidlərin şahidliyi – ilə isbat olunur[1].
Ona görə etiraf ilə sibat olunur ki, çünki Peyğəmbər (S.A.V.) Məiz və əl-Ğamidiyyə qəbiləsindən olan qadını zina etdiklərini etiraf etdiklərinə görə daşqalaq etmişdir.
İbn Abbas (A.R.O.) deyir ki, Məiz ibn Malik Peyğəmbərin (S.A.V.) yanına gəlib zina etdiyini etiraf edərkən Peyğəmbər (S.A.V.) ona dedi: «Bəlkə sən öpmüsən, oynaqlaşmısan və ya sadəcə baxmısan?» Məiz dedi: Xeyr, ey Allahın elçisi. O dedi: Onunla tam cinsi yaxınlıq etmisən? – o bu sözləri kinayə ilə deyil, birbaşa dedi. Bundan sonra onun (həqiqi etirafını görüb) daşqalaq edilməsini əmr etdi[2].
Süleyman ibn Bureydə atasından rəvayət edir ki, əl-Əzd tayfasının əl-Ğamid ailəsinən olan bir qadın Peyğəmbərin (S.A.V.) yanına gəlib dedi: Ey Allahın elçisi, məni paklığa çıxart. Peyğəmbər (S.A.V.) dedi: «Vay sənin halına, qayıt Allaha tövbə et, bağışlanma dilə». Qadın dedi: Görürəm ki, məni də Məiz kimi başından etmək istəyirsən? Peyğəmbər (S.A.V.), nə üçün? – deyə soruşdu? Qadın dedi: O, zinadan hamilə qalıb. Peyğəmbər (S.A.V.) dedi: Sən? Qadın dedi: Bəli. Peyğəmbər (S.A.V.) ona dedi: «Get bətnindəkindən azad olandan sonra». Sonra ənsarlardan olan bir kişi onu öz himayəsinə götürdü və nəhayət uşağı oldu. Həmin kişi Peyğəmbərin (S.A.V.) yanına gəlib dedi: Ğamidiyyəli qadın uşağını doğdu. Peyğəmbər (S.A.V.) dedi: «Elə isə biz onu daşqalaq edib, uşağını körpə və süd anasız qoya bilmərik». Bu zaman ənsarlardan bir nəfər qalxıb dedi: Eu Allahın elçisi, uşağın süd anası mənlikdir. Bundan sonra onu daşqalaq etdi[3].
Əgər zina edən etirafından qayıtsa azad olunur. Demək Nueym ibn Həzzalın hədisində deyilir ki, Məiz ibn Malik atamın himayəsində böyüyən yetim bir uşaq idi. O məhəlləsində yaşayan bir qızla zina etmişdi... Uzun rəvayətdən sonra deyilir: Onun daşqalaq edilməsi əmr olundu. Onu əl-Hərra adlı yerə gətirdilər. Daşqalaq etməyə başlayanda ona dəymiş daşın ağrısından qaçmağa başladı. Abdullah ibn Uneys Məizin qarşısına çıxdı. Onu daşqalaq edənlər artıq geridə qalmışdılar. O, əlinə keçən dəvə sümüyü ilə onu vurub oldürdü. Sonra Peyğəmbərin (S.A.V.) yanına gəlib bu haqda ona xəbər verdi. O dedi: «Gərək onu buraxardınız getsin. Bəlkə tövbə edərdi və Allah da onun tövbəsini qəbul edərdi»[4].

 
[1] Fiqhus Sünnə: 3/ 352.
[2] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 3724. Buxari: 12/ 135/ № 6824. Əbu Davud: 12/ 109/ № 4404.
[3] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 1039. Müslim: 3/ 1321/ № 1695.
[4] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 3716. Əbu Davud: 12/ 99/ № 4396.