"Filankəs zina edib!" – deyən insanın hökmü nədir?

    10.04.2015

Əgər kişi zina etdiyini etiraf edərsə cəza ancaq ona tətbiq olunur. Qadın da həmçinin zina etdiyini etiraf edərsə cəza yalnız ona tətbiq olunur. Əks halda isə yox.
Əbu Hureyrə və Zeyd ibn Xalid (Allah onlardan razı olsun) deyirlər ki, iki nəfər kişi aralarında düşən mübahisənin həll edilməsi üçün Peyğəmbərə (S.A.V.) müraciət etdilər.
Onlardan biri dedi: Allahın kitabı ilə bizim işimizə hökm ver.
Daha çox anlayışı olan digər kişi dedi: Bəli, ey Allahın elçisi, bizim işimizə Allahın kitabı ilə hökm ver və icazə ver mən danışım.
Peyğəmbər (S.A.V.) dedi: Danış.
Kişi: Mənim oğlum bu adam üçün muzdla işləyirdi. Sonra onun arvadı ilə zina etdi. Mənə dedilər ki, oğlun daşqalaq edilməlidir. Mən isə onun əvəzinə yüz qoyun və bir qadın kölə vermişəm. Sonra elm adamlarından soruşduqda, onlar dedilər ki, oğluna yüz çubuq vurulmalı və bir il yaşadığı yerdən uzaqlaşdırılmalıdır. Bunun arvadı isə daşqalaq edilməlidir.
Peyğəmbər (S.A.V.) dedi: «Nəfsim əlində olana and olsun ki, sizin işinizə Allahın kitabı ilə hökm verəcəyəm. Sən verdiyin qoyunları və köləni geri götür». Sonra hökm belə oldu: Kişinin oğluna yüz çubuq vuruldu və bir il müddətinə yaşadığı yerdən uzaqlaşdırıldı. Daha sonra Uneys əl-Əsləmiyə əmr etdi ki, digər kişinin arvadının yanına getsin. Əgər zina etdiyini etiraf edərsə onu daşqalaq etsin. Qadın da zina etdiyini etiraf etdi və daşqalaq olundu.[1]

 
[1] Buxari: 12/ 136/ № 6827 - 6828. Müslim: 3/ 1324/ № 1697 – 1698. Əbu Davud: 12/ 128/ № 4421. Tirmizi: 2/ 443/ № 1458. İbn Macə: 2/ 852/ № 2549. Nəsai: 8/ 240.