Zinanın şahidlərlə isbat olunması

    10.04.2015

Uca Allah buyurur: «İsmətli qadınlara zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir»[1].
Əgər dörd nəfər azad və ədalətli müsəlman kişi, bir kişinin cinsi orqanının digər qadının cinsi orqanına, sürmə qabına daxil olan mil və ya quyuya sallanan ip kimi daxil olduğunu gördüklərinə şahidlik etsələr, kişi və qadına cəza tətbiq olunur.
Əgər üç nəfər deyilən hala şahidlik etsələr, dördüncü şahid həmin halı vəsf etməsə digər üç nəfərə şallaq vurulmalıdır. Bu, zina isnad edib onu isbat edə bilməyənlərin (ərəb. qəzf) cəzasıdır. Bu cəza az öncə Quran ayəsində deyilmişdir. Həmçinin Qəsamə ibn Zuheyr deyir ki, Əbu Bəkrə və Muğirənin başına o hadisə gələndə şahidlər çağırıldı. Əbu Bəkrə, Şibl ibn Məbəd və Əbu Abdullah Nafi şahidlik etdilər. Bu üç nəfər şahidlik edəndə Ömər (A.R.O.) dedi: Ömər üçün belə halda hökm vermək çətindir. Sonra Ziyad gələndə Ömər (A.R.O.) ona dedi: İnşəllah, sən doğru şahidlik edərsən. Ziyad dedi: Mən onun zina etdiyinə şahidlik etmirəm, amma mən onların pis iş gördüklərinin şahidi olmuşam. Ömər (A.R.O.) dedi: Allahu əkbər! Onları çubuqlayıb cəzalandırın. Rəvayətçi deyir ki, Əbu Bəkrəyə çubuq vurulandan sonra belə dedi: Mən şahidlik edirəm ki, o zina edib. Ömər (A.R.O.) onu yenidən şubuqlatmaq istədi, amma Əli (A.R.O.) buna mane olub dedi: Əgər sən onu yenidən çubuqlasan, gərək ittiham olunanı daşqalaq edəsən. Ömər (A.R.O.) onu tərk etdi.[2]

 
[1] ən-Nur: 4.
[2] Rəvayətin sənədi səhihdir. əl-İrva: 8/ 29. Beyhəqi: 8/ 334.