Allahın "əl-Varis" adının mənası
əl-Varis sözü varis olan deməkdir. Allahın əl-Varis adı Qurani-Kərimdə üç dəfə cəm halında zikr edilir. Uca Allah buyurur:
“Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və hər şeyə varis olan da (əl-Varisun) Bizik. Həqiqətən, sizdən əvvəl gəlib-gedənləri də bilirik, sonra kimlərin gələcəyini də bilirik. Həqiqətən, Rəbbin onları bir yerə toplayacaq. Çünki O, Müdrikdir, Biləndir” (əl-Hicr, 23-25).
“Zəkəriyyanı da yada sal! Bir zaman o yalvarıb demişdi: "Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!" Biz onun duasını qəbul etdik, ona Yəhyanı bəxş etdik və zövcəsini ona uşaq doğmağa qadir etdik. Həqiqətən, onlar yaxşı işlər görməyə tələsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bizə müti qullar idilər” (əl-Ənbiya, 89-90).
“Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə şəhəri məhv etdik. Budur onların yurdları. Özlərindən sonra bəzilərindən başqa orada heç kəs sakin olmadı. Onlara Biz varis olduq” (əl-Qasas, 58).
Uca Allah tək olduğu halda bəzən Quranda “Biz” deməsi nə ilə bağlıdır?