İçərisində namazgah olan binanın alınıb-satılması halaldır?
Sual:
Salam aleykum chox hörmetli qardashlar. Yashdigim sheherde bir qeyri-müselmana mexsus bina var. Müselmanlar bu binanin bir hissesini kiraye götürüb uzun müddetdir ki, mescid kimi istifade edirler. Indi ise sahibi binani satmaq isteyir. Bir müselman bu binani alib menfeet elde etmek üçün bashqa bir shexse satmaq isteyir. Bu halda müselmanlarin mescid kimi istifade etdiyi erazi de satilmalidir. Bu sebebden de hemen müselman qardaş tereddüd icherisindedir. Çünki alqi-atqi zamani kirayeye götürülmüş mescid kimi istifade olunan hisse baglana biler. Hörmetli qardashlar, eger hemen müselman qardaş o binani alib bashqasina satarsa günah ede bilermi? Evvelceden teshekkür edir ve ALLAHDAN dileyirem ki, elminize ve devetinize bereket versin. Amin!
Cavab:
Aleykum salam. Şəriətə görə sözü gedən yer istifadə üçün icarəyə götürülübsə, həmin yerin alınıb satılmasında heç bir problem yoxdur. Çünki həmin məkan əvvələcədən məscid kimi inşa olunmayıb. İslam alimləri belə hesab edir.