Qətlə yetirilən şəxsin aqibəti necə olur?

    14.05.2015
Kimdən: 
Sual: 
salam!size bir nece sualim vardir.1.kimse terefindan qetle yetirilenim gunahi qatilemi yazilir ve qetle yetirilen cennete gedir? 2.kimise mudafie edarek heyatini itiren wexsin soraki aqibeti nece olur ölendan sonra?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə qətl törətmək ən böyük günahlardan sayılır. Amma öldürülən şəxsin aqibəti müxtəlif cür ola bilər. Bu barədə Allah Rəsulundan (Allahın ona vəailəsinə salavatı və salamı olsun) müxtəlif hədislər var:
"Allah yolunda öldürülən şəhiddir, Allah yolun­da ölən şəhiddir, qarın xəstəliyindən ölən şəhiddir, vəba xəstəliyin­dən ölən şəhiddir". (İbn Məcəh, 2804).
"Malını qoruyaraq ölən şəhiddir, ailəsini qoruyaraq ölən şəhiddir, dinini qoruyaraq ölən şəhiddir, canını qoruyaraq ölən şəhiddir". (ət-Tirmizi, 1421; ən-Nəsai, 4095; Əbu Davud, 4772). 
"Bir kişi Allah Elçisinin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına gəldi və dedi: "Ey Allahın Rəsulu, birisi mənim malımı əlimdən almaq istəsə nə edim?" Allah Rəsulu (salləllahu aleyhi və səlləm) dedi: "Malını ona vermə!"
-- Əgər mənimlə döyüşsə necə?
-- Onunla döyüş.
-- Əgər məni öldürsə necə?
-- Onda sən şəhid olacaqsan.
-- Bəs mən onu öldürsəm necə?
-- O, Cəhənnəmə girəcək". (Muslim, 140).

"İki müsəlman bir-birinə qılınc çəkdiyi zaman, öldürən də, ölən də cəhənnəmdədir". Soruşdular: "Ya Rəsulallah! Öldürənin vəziyyəti məlumdur, bəs ölən nə üçün cəhənnəmdədir?" Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurdu: Çünki o da yoldaşını öldürmək istəyirdi". (əl-Buxari "İman", 22; Muslim "Qasamə", 33; Əbu Davud "Fitən", 5; ən-Nəsai "Təhrim", 29). Həmçinin oxuyun:
Qul haqqı barədə
Şəhidliyin növləri

Teqlər: 
Paylaş: