Boşanmış qadın Cənnətə düşsə, kimlə ailə quracaq?
Sual:
esselemu aleykum va rahmatullahi va beraketuhu. Eger qadinin eri zinakar kobud olub bosanibsa, qadinda basqa sexsle aile heyati qurmayib dunyasini deyiserse axiretde kimle aile heyati quracaq? Onuda deyimki qadin ibadet ehli haramlardan cekinendi. Cennet kisisi qilman deye mexluq var?
Cavab:
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Qadın Cənnətdə əri ilə birlikdə olacaq. Əgər əri Cəhənnəm əhli olarsa, bu halda qadın Cənnətə düşmüş kişilərin biri ilə evlənir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Cənnətdə subaylıq yoxdur". (Muslim, 4382). Uca Allah buyurur: "Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır". (Fussilət, 31). Həmçinin oxuyun: Qadın bir neçə kişi ilə evli olubsa, Cənnətdə hansı ilə birlikdə olacaq?