İçki nədir?

    13.04.2015

İbn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Hər bir sərxoşedici şərab (içki) sayılır. Hər bir şərab isə haramdır»[1].
Aişə (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) qıcqırdılmış baldan düzələn "əl-Biti" adlı içki haqqında soruşuldu. Bu içkini Yəmən camaatı içərdilər. Peyğəmbər (S.A.V.) dedi: «Sərxoşedici hər bir içki haramdır»[2].
İbn Ömər (A.R.O.) deyir ki, Ömər ibn əl-Xəttab (A.R.O.) minbərə çıxıb dedi: «Şərabın haram olması nazil olmuşdur. O beş şeydən hazırlanır: Üzümdən, xurmadan, baldan, buğda və arpadan. Şərab, insanın ağlını sərxoş edən içkidir»[3].
Noman ibn Bəşir (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Həqiqətən buğdadan, arpadan, kişmişdən, xurmadan və baldan şərab hazırlanır»[4].

 
[1] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 2734. Müslim: 3/ 1588/ № 2003. İbn Macə: 2/ 1124/ № 3390.
[2] Buxari: 10/ 41/ № 5586. Rəvayətin mətnin onundur. Müslim: 3/ 1585/ № 2001. Əbu Davud: 10/ 122/ № 3665. Tirmizi: 3/ 193/ № 1925. Nəsai: 8/ 298.
[3] Buxari: 10/ 35/ № 5581. Müslim: 4/ 2322/ № 3032. Əbu Davud: 10/ 104/ № 3652. Nəsai: 8/ 295.
[4] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 2724. İbn Macə: 2/ 1121/ № 3379. Əbu Davud: 10/ 114/ № 3659. Tirmizi: 3/ 197/ № 1934.