İçkinin azı ilə çoxunda fərq yoxdur

    13.04.2015

 Abdullah ibn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Hər bir şərxoşedici haramdır. Əgər bir şeyin çoxu sərxoş edirsə onun azı da haramdır»[1].
Aişə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Hər bir sərxoşedici haramdır. Əgər hansısa içkinin bir "Fərəq"i[2] sərxoş edirsə, onun bir ovucu da haram sayılır»[3].

 
[1] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 2736. İbn Macə: 2/ 1124/ № 3392. Nəsai hədisi bir neçə yerdə ayrı-ayrı rəvayət etmişdir: 8/ 297-300.
[2] Fərəq qədim çəki vahidi olub. Təxminən 16 litrdir. (tərc.)
[3] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 4552. Tirmizi: 3/ 194/ № 1928. Əbu Davud: 10/ 151/ № 3670.