Namaz qılan qadınlara hansı əməllər qadağandır?

    18.01.2014
Sual: 
Salam aleykum. Namaz qilan qizlara neler olmaz? Men bu haqda chox maraglaniram. Chox sag olun ki, bu cur sayt achdiniz ve suallarmizi verib cavabalarmizi aliriq. İnsanin bilmediyi shey coxdur. Mende chox shey oyrendim sizden. Allah sizden razi olsun.
Cavab: 

Aleykum salam. Sualınızı bir az dəqiq açıqlama və təfsilat ilə versəydiniz lap yaxşı olardı. Amma onu demək olar ki, üməmən kişilərə qadağan olan əməllər qadınlarada şamil olunur. Müsəlman kişi və qadın Allahın əmrlərini və qadağalarını öyrənib bacardığı qədər onlara əməl etməlidir. Namaz ümumilikdə insanı pis və çirkin işlərdən çəkindirir. Əgər namaz insanı göz zinası, söyüş söymək, yalan danışmaq, aldatmaq, qeybət, böhtan, pis zənn, söz gəzdirmək, zina, şirk, küfr, riyakarlıq, fitnə-fəsad, oğurluq və.s bu və bu kimi pis, çirkin, yaramaz, iyrənc və həyasız əməllərdən qorumursa onda o necə namaz olur?! Uca Allah buyurur: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!" (əl-Ənkəbut, 45).
"
Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!), O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!), O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər; O kəslər ki, zəkat verərlər; O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır). O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər), Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar); Onlardır (bilin) varis olanlar – Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!" (əl-Mu'minun, 1-11).
"
Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)" (ən-Nur, 31).

Teqlər: 
Paylaş: