Qətli mübah edən hallar

    13.04.2015

Uca Allah buyurur: «Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin...»[1].
İbn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «İnsanlar lə iləhə illəllah Məhəmmədən rəsuləllah kəlməsinə şəhadət verməyib, namaz qılmayıb, zəkat verməyincəyə qədər onlara qarşı döyüşmək mənə əmr olundu. Əgər onlar bunu edərlərsə, yalnız İslamın haqqı müstəsna olmaqla, canlarını və mallarını qorumuş olarlar. Onların haqq-hesabları isə Allah dərgahındadır»[2].
Peyğəmbər (S.A.V.) öldürməyə əsas verən İslam haqqını belə açıqlamışdır: «Lə iləhə illəllah Məhəmmədən rəsuləllah kəlməsinə şəhadət verən müsəlmanın qanı, üç hal istisna olmaqla, haramdır: nəfsə nəfs olaraq qisas alma, zina edən evli adam və camaatı tərk edib dinindən üz çevirən adam»[3].

 
[1] əl-İsra: 33.
[2]  Buxari: 1/ 75 / № 25. Müslim: 1/53/ № 22.
[3] Buxari: 12/ 201/ № 6878. Müslim: 3/ 1302/ № 1676. Əbu Davud: 12/ 5/ 4330. Tirmizi: 2/ 429/ № 1423. Nəsai: 7/ 90. İbn Macə: 2/ 847/ № 2534.