Qeyri qətl hadisələri üçün qisas

    13.04.2015

Şəriət dəlillərində qətl hadisəsinə görə qisas isbat olunduğu kimi, qeyri qətl hadisələri üçün də qisas isbat olunmuşdur. Uca Allah buyurur: «Biz (Tövratda İsrail oğullarına) yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və yaralarınkı yaralardır...»[1].
Bu hökm bizdən əvvəlki ümmətlər barəsində deyildiyi halda, Peyğəmbərin (S.A.V.) bu hökmü təsdiqləməsi, bizim üçün də şəriət qanunu sayılmışdır.
Buxari və Müslim Ənəs ibn Malikdən (A.R.O.) rəvayət edirlər ki, Rubeyyi bint ən-Nadr ibn Ənəs bir qızın dişini sındırmışdı. Onlar zərərçəkən tərəfə diyə təklif etsələr də, qarşı tərəf yalnız qisas alınmasını tələb edirdilər. Qadının qardaşı Ənəs ibn ən-Nadr gəlib dedi: Ey Allahın elçisi Rubeyyinin dişi sındırılacaq? Səni haqq olaraq göndərənə and olsun ki, onun dişi sındırılan deyil. Peyğəmbər (S.A.V.) dedi: «Ey Ənəs, Allahın kitabı qisas almağı əmr edir».
Bundan sonra zərərçəkənlər qənaətlənib onu bağışladılar. Peyğəmbər (S.A.V.) dedi: «Allahın elə bəndələri var ki, əgər o Allaha and içərsə, Allah onu andında sadiq çıxardar»[2].

 
[1] əl-Maidə: 45.
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 2228. Buxari: 5/ 306/ № 2703. Əbu Davud: 12/ 333/ № 4566. Nəsai: 8/ 27. İbn Macə: 2/ 884/ № 2649.