Qisas necə icra olur?

    13.04.2015

Əslində, qatil başqasını necə öldürübsə, həmin qaydada da onadan qisas alınmalıdır. Çünki bu, bərabər və eyni ölçüdə verilən cəzanı əks etdirən haldır.
Uca Allah buyurur: «...Sizə qarşı həddini aşanlara siz də həmim ölçüdə həddi aşın (cavab verin)...»[1].
Uca Allah buyurur: «(Ey möminlər! İntiqam almaq məqsədilə birinə) cəza verəcək olsanız, sizə nə cəza verilibsə, eynilə həmin cəzanı verin...»[2].
Həmçinin, qadının başını daş ilə vurub əzən yəhudini Peyğəmbər (S.A.V.) eyni şəkildə cəzalandırmışdı.[3]

 
[1] əl-Bəqərə: 194.
[2] ən-Nəhl: 126.
[3] Yuxarıda qeyd olunmuşdur.