Qisas almaq rəhbərin, hakimin məsuliyyətidir

    13.04.2015

Qurtubi demişdir: «Qətl qisasını yalnız əmr sahibləri (rəhbərlər) tərəfindən icra edilməsi haqqında heç bir fikir ayrılığı yoxdur. Onların qisas hökmünü icra etmələri və cəzaları tətbiq etmələri və s. vacibdir. Çünki uca Allah qisas almağı bütün möminlərdən tələb etmişdir. Bütün möminlər qisası icra edə bilmədikləri üçün, öz əvəzlərinə qisası və digər cəza tədbirlərini icra etsin deyə rəhbər seçmişlər»[1].
Bunun səbəbini isə əs-Savi adlı alim "əl-Cəlaleyn" təfsirinin şərhində açıqlamış və demişdir:
«Qəsdən törədilmiş qətl ədavət sayıldığı üçün, hakim (rəhbər) öldürülən insanın qohumları üçün imkan yaratmalıdır ki, onlar qatil barəsində istədiklərini tələb etsinlər. Sonra hakim, öldürülənin qohumlarının qisas, diyə və ya bağışlama istəklərini icra etməlidir. Öldürülən insanın qohumları hakimin icazəsi olmadan qatilə qarşı heç nə edə bilməzlər. Çünki bu, fitnə-fəsada və özbaşınalığa səbəbdir. Əgər hakimin icazəsi olmadan qatili öldürərlərsə, onlar cəzalandırılmalıdırlar»[2].

 
[1] əl-Cami li-Əhkam əl-Quran: 2/ 245-246.
[2] Fiqhus Sünnə: 2/ 453.