Bədən üzvlərinin qisası

    13.04.2015

Bədən üzvlərinə görə qisas almaq üçün üç şərt lazımdır:
1. Lazımi həddi keçmədən qisas almaq: Yəni, (başqasının qolunu və ya əlini kəsmiş cinayətkardan) qisas alarkən əza oynaqdan: dirsəkdən və ya biləkdən və s. bu qayda ilə - kəsilməlidir. Yaxud müəyyən həddə qədər kəsilməlidir. Məsələn, burunun qığırdağı kimi.
Bədəni deşib içəri keçən yaraya, qol sümüyünün bir hissəsinə və ya hansısa sümüyə görə qisas düşmür. Yalnız diş istisnadır.
2. Əzanın adı və bədəndə yerləşdiyi yer bərabər olmalıdır: Yəni, sağ ələ görə sol əl, sol ələ görə sağ, çöçələ barmağa görə digər barmaq kəsilməz. Çünki, bu əzaların adları bir-birinə bərabər deyil. Əsli əzaya görə artıq bitmiş əzanı kəsmək olmaz. Çünki əzalar bədəndə yerləşdikləri yerə görə bərabər deyillər.

3. Cinayətkarın və cinayətə məruz qalmış insanın əzaları sağlamlıq və bütövlülük baxımından bərabər olmalıdır. Yəni, sağlam əzaya görə şikəst əza, barmaqları tam olan ələ görə az barmaqlı əl kəsilməməlidir. Əksi isə olar.