​Ağır yaraya görə qisas almaq

    13.04.2015

Əgər törədilən yara ağırdırsa (qarşı tərəfdən belə bir qisas alınmaqla onun həyatı təhlükə altına düşə bilərsə), bu halda qisas almaq vacib sayılmır. Yalnız əgər qisas almaq mümkündürsə o zaman qisas almaq olar. Yəni, alınacaq qisas cinayətə məruz qalmış insanın yarası ilə, nə çox, nə az – bərabər olacaqsa, belə halda qisas almaq olar. Əgər bu bərabərlik və eynilik, cinayətkarın əzasına lazımi qədərdən çox toxunmaqla, yaxud həyatını təhlükədə qoymaqla və ya ona zərər verməklə nəticələnəcəksə, belə halda qisas yox, diyə vermək vacib sayılır.