​Diyə vermək vacib olan qətl növləri

    13.04.2015

Alimlərin yekdil rəyinə əsasən diyə, səhvən və ya qəsdə oxşar qətl hadisələrində vacib sayılır. Həmçinin, mükəlləf  (məsuliyyət daşımaq iqtidarında) olmayıb qəsdən qətl törədən adama da diyə vermək vacib sayılır. Buna, uşağı və ya dəli insanı misal çəkmək olar. Həmçinin, qətlə yetirilən insan, qətli törədənlə eyni səviyyədə olmadıqda diyə vermək vacib sayılır. Buna, köləni qətlə yetirən azad insanı misal çəkmək olar. Həmçinin yuxuda olarkən başqasının üzərinə çevrilib, yaxud başqasının üzərinə düşüb onu qətlə  yetirənə diyə vermək vacibdir.