Baş və üzə vurulan yaraların diyəsi
Bu yaralar on növdür:
- Əl-Xarisə: Dərinin cızılıb, qanamaması.
- Əd-Damiyə: Dərinin cızılıb qanadılması.
- Əl-Badiə: Dəri altında ətin dərin şəkildə yarılması.
- Əl-Mütəlahimə: Ətə keçmiş zədə.
- Əs-Simhaq: Sümük ilə yara arasında nazik pərdənin qalması.
Bu beş növ yaraya görə qisas[1] və ya müəyyən edilmiş diyə yoxdur. Belə halda mühakimə lazımdır[2].
- Əl-Mudihə: Bu, sümüyə qədər çatan yaradır. Buna görə beş dəvə diyə verilməlidir.
- Əl-Haşimə: Bu, sümüyün sındırılmasıdır. Buna görə on baş dəvə verilməlidir.
- Əl-Munqalə: Bu, sümüyü olduğu yerdən çıxarmaqdır. Buna görə on beş dəvə verilməlidir.
- Əl-Məmumə, yaxud əl-Əmə: Bu, beyinə bir pərdə qalmışa qədər başın yarılmasıdır. Buna görə tam diyənin (yəni, yüz dəvənin) üçdə biri qədər diyə verilməlidir.
- Əd-Damiğə: Bu, beyinə qədər çatan yaradır. Buna görə də tam diyənin üçdə biri qədər diyə verilməlidir.
[1] Çünki bu yaraların eynisini təkrarlamaq mümkün deyildir.
[2] İbn əl-Munzir deyir: Sözünü yadda saxladığımız hər bir alim demişdir ki, mühakimə sözünün mənası budur ki, əgər bir insan yaralanarsa və bu haqda təyin olunmuş diyə yoxdursa onda belə bir sual olunur: əgər alqı-satqı üçün işlədilən hansısa qul belə bir yara ilə yaralanmadan, yaxud belə zərbə almadan öncə hansı qiymətə satılardı?! Əgər, yüz dinar – desələr, onda yenə sual olunur: Bəs bu şəkildə yaralanmış və sağalmış halda qiyməti nə qədər olardı? Əgər, doxsan beş dinar – desələr, deməli təcavüzkar insan təcavüz etdiyi şəxsə diyənin iyirmidə bir hissəsini (yəni beş dəvə) verməlidir. Əgər, qiymətini doxsan dinar – desələr, onda diyənin onda birini verməlidir. Bax bu qayda ilə nə qədər azalsa və ya çoxalsa diyə də azalıb çoxalır. (əl-İcma kitabı: 151/ 698).