Bədən boşluğuna qədər daxil olan (ərəb. əl-Cəifə) yaranın diyəsi

    13.04.2015

Şəriət istilahında "əl-Cəifə" sözü bədən boşluğuna: qarın, kürək, sinə, boğaz və ya sidik kisəsi kimi orqanlara – qədər daxil olan yaraya deyilir.
Buna görə tam diyənin üçdə biri verilməlidir. Bu haqda Amr ibn Həzmin məktubunda deyilirdi ki, «Bədən boşluğuna qədər daxil olan (ərəb. əl-Cəifə) yaranın diyəsi, tam diyənin üçdə biri qədərdir».