Ana bətnində olan uşağın diyəsi

    13.04.2015

Əgər anaya qarşı qəsdən, yaxud səhvən törədilən cinayət səbəbi ilə ana deyil, uşaq ölərsə buna görə bir kölə diyə vermək lazımdır. Uşağın ölüb ana bətnində qalması, yaxud ölü çıxması, kişi və ya qadın cinsli olması fərq etmir. Əgər bu cinayət zamanı ana da ölərsə o zaman diyə tam verilməlidir.
Əbu Hureyrə (A.R.O.) deyir ki, «Huzeyl qəbiləsindən iki nəfər qadın dava edərkən onlardan biri digərini daşla vuraraq qadını bətnindəki körpə ilə birlikdə öldürmüşdü. Onlar işin mühakiməsi üçün Peyğəmbərə (S.A.V.) müraciət etdilər. Peyğəmbər (S.A.V.): ölən körpənin diyəsini bir qul və ya bir qadın kölə olması, qadının diyəsinin isə qatilin qohumlarının boynuna düşməsi – barədə hökm verdi. Ölən uşağın miras payını da qohumlarına payladı»[1].
Əgər belə halda uşaq anadan olub sonra ölərsə o zaman diyə tam şəkildə verilməlidir. Əgər uşaq oğlan olarsa yüz dəvə, qız olarsa əlli dəvə verilməlidir. Çünki bu halda biz onun birbaşa cinayətlə ölməsinə əminik deyə, qətlə yetirilən bətndəki uşaq sayılmır.

 
[1] Buxari: 12/ 24/ № 6740. Müslim: 3/ 1309/ № 1681. Nəsai: 8/ 47-48.