İddialar və sübutlar
Ərəb dilində "əd-Dəava" yəni, "iddia" sözü nəyisə tələb etmək, istəmək mənasındadır. Uca Allah buyurur: «...Orada (Cənnətdə) sizin üçün nəfsinizin çəkdiyi, istədiyiniz hər şey vardır»[1].
İddia (ərəb. əd-Dəava) sözü Şəriət istilahında insanın, başqasının əlində və ya səlahiyyətində olan bir şeyi özünə aid etməsidir.
İddiaçı (ərəb. əl-Muddəi) isə, öz haqqını tələb edən, susaraq tələbindən əl çəkdikdə isə məsuliyyətə cəlb olunmayan kimsədir.
İttiham olunan tərəf də haqqını tələb edəndir, lakin əgər o susarsa məsuliyyətdən azad olunmaz[2].
Sübutlar (ərəb. əl-Bəyyinat) dedikdə məsələyə açıqlama verən şahidlər və bu kimi əlamətlər nəzərdə tutulur.
Deyilənlərə əsas, İbn Abbasın (A.R.O.) Peyğəmbərdən (S.A.V.) rəvayət etdiyi hədisdir: «Əgər insanlara iddialarına görə haqq verilsəydi, o zaman kimlərsə başqalarının qanı və malı barədə iddiaçı olardılar. Ona görə and içmək hüququ ittiham olunan tərəfə məxsusdur»[3].
Amr ibn Şueyb atasından o da babasından rəvayət edir ki, Peyğəmbər (S.A.V.) belə demişdir: «Sübut gətirmək iddiaçının, and içmək isə ittiham olunanın boynunadır»[4].