Başqasının malını mənimsəmək üçün yalandan and içənin günahı
Abdullah ibn Məsud (Allah ona rəhmət etsin) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim yalandan and içər və bununla müsəlmanın malını mənimsəyərsə, Allahla qarşılaşarkən Allah ona qəzəbli olar»[1].
Əbu Umamə əl-Harisi (A.R.O.) Peyğəmbərdən (S.A.V.) belə eşitdiyini rəvayət edir: «Allah, and içib başqa müsəlmanın malını mənimsəyən kəsə cənnəti haram edər və onu cəhənnəmə salar». Orada olan bir nəfər dedi: Ey Allahın elçisi, əgər az biş şey olsa da? Peyğəmbər (S.A.V.) dedi: «Hətta, Ərak ağacından düzəldilmiş bir misvaka görə (də bu əzab olacaqdır)»[2].