Cihad

    13.04.2015

Tərifi:[1]
"Ərəb dilində "Cihad" sözü, "Cəhd" sözündən götürülmüşdür. Bu söz də taqət və məşəqqət manasını verir. Cihad dedikdə isə var qüvvəsi, bütün çətinliklərə sinə gəlib düşmənə qarşı döyüşmək və ya onu özündən dəf etmək mənası anlaşılır.
Cihad Allah rizası üçün olmadıqca, Allahın adının uca tutulması üçün edilmədikcə, haqqı dəstəkləyib, batili rədd etməyincə, öz nəfsini Allahdan razı salmayınca həqiqi cihad sayılmır. Bundan geyrisini özünə məqsəd etdikdə, dünya üçün çalışıb-vuruşduqda bu həqiqi cihad sayılmır.
Kim hansısa vəzifəyə nail olmaq, qənimət sahibi olmaq, öz şücaətini göstərmək, şöhrət qazanmaq üçün döyüşərsə onun savabdan heç bir payı yoxdur".
Əbu Musa (A.R.O.) deyir ki, bir kişi Peyğəmbərin (S.A.V.) yanına gəlib dedi: Bir kişi qənimət, digəri xatirələrdə yaşamaq, başqası isə özünü göstərmək üçün döyüşürsə, onların hansı Allah yolundadır? Peyğəmbər (S.A.V.) dedi: «Kim, Allahın adı yüksəlsin deyə döyüşərsə, o, Allah yolundadır»[2].

 
[1] Fiqhus Sünnə: 3/ 27-40.
[2] Buxari: 6/ 27/ № 2810. Müslim: 3/ 1512/ № 1904. Əbu Davud: 7/ 193/ № 2500. Tirmizi: 3/ 100/ № 1697. İbn Macə: 2/ 931/ № 2783.