Şəhid olmağın fəziləti

    13.04.2015

Məsruq deyir ki, biz Abdullah ibn Məsuddan aşağdakı ayə haqqında soruşduq: «Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur»[1].
O, dedi: biz də elə bu ayə haqqında Peyğəmbərdən (S.A.V.) soruşmuşduq və o, belə cavab vermişdi: «Onların ruhları yaşıl quşların sinəsindədir. Onların ərşdən asılmış qəndilləri (yuvaları) vardır. Cənnətin istənilən yerini gəzib-dolaşar, sonra həmin qəndillərə qayıdarlar. Rəbbləri onlara baxıb soruşar: Sizə nə isə istəyirsinizmi? Onlar: Biz nə istəyə bilərik ki?! Biz cənnətdə istədiyimiz yeri gəzib-dolaşırıq. O, bu sualı üç dəfə təkrar soruşdu. Onlar bu sualın təkrarən verilməsini görüb dedilər: Ey Rəbbimiz, biz istərdik ki, Sən bizim ruhumuzu cəsədlərimizə qaytarasan ki, yenə Sənin yolunda şəhid olaq. Sonra onların başqa istəkləri olmadığı üçün olduqları vəziyyətdə tərk olundular»[2].
Ənəs deyir ki, Ummu Harisə ibn Suraqə ər-Rəbii bint əl-Bəra, Peyğəmbərin (S.A.V.) yanına gəlib dedi: «Ey Allahın elçisi, mənə Harisə haqqında danışa bilərsənmi? Əgər o cənnətdədirsə səbr edər, yox əgər belə deyilsə onda onun üçün çoxlu ağlaram. Demək o, Bədr döyüşündə naməlum ox zərbəsindən qətlə yetirilmişdi. Peyğəmbər (S.A.V.) dedi: Ey Ummu Harisə, ora, cənnət içində (müxtəlif mərtəbəli) cənnətlərdən ibarətdir. Sənin oğlun da yüksək Firdovs cənnətinə qovuşmuşdur»[3].
Miqdam ibn Mədi Yəkrib (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Şəhidin Allah yanında altı payı vardır: İlk andan bağışlanar, cənnətdəki məkanı ona göstərilər, qəbr əzabından qorunar, qiyamət günü böyük qorxu (Fəzəul Əkbər) məqamında rahat olar, başına, üzərindəki yaqut daşı dünya və onun içərisində olanlardan daha xeyirli olan vüqar tacı qoyular, Hurul Eyn qadınlarından yetmiş iki qadınla evləndirilər və yetmiş nəfər qohumuna şəfaətçi olar»[4].
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Siz çimdik ağrısını necə hiss edirsinizsə, şəhid də qətlin ağrınısını bundan artıq hiss etmir»[5].

 
[1] Ali İmran: 169.
[2] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 1068. Müslim: 3/ 1502/ № 1887. Tirmizi: 4/ 298/ № 4098.
[3] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 7852. Buxari: 6/ 25/ № 2809. Tirmizi: 5/ 9/ 3224.
[4] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 2257. Tirmizi: 3/ 106/ № 1712. İbn Macə: 2/ 935/ № 2799.
[5] Həsənun Səhih. Səhih Sünən İbn Macə: № 2260. Tirmizi: 3/ 109/ № 1719. İbn Macə: 2/ 937/ № 3802. Nəsai: 6/ 36.