Şəriətin cihada təşviqi

    13.04.2015

Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim Allaha və rəsuluna iman gətirər, namaz qılar və oruc tutarsa həmin adamı cənnətə salmaq Allah yanında borc olar. İstər Allah yolunda cihad etsin, yaxud doğulduğu yerdə otursun».
Orada olanlar dedilər: İnsanları bu xəbərlə müjdələyəkmi? O dedi: «Cənnətin yüz mərtəbəsi var. Allah onları Onun yolunda cihad edənlər üçün hazırlamışdır. İki mərtəbə arasında məsafə, yerlə göy arası qədərdir. Dua edib Allahdan istədikdə, Firdovs cənnətini istəyin. Həqiqətən o cənnətin ortası, ən ali məqamıdır. Onun üstündə isə Rəhmanın ərşidir. Cənnətin çayları da oradan qaynaqlanır»[1].
Əbu Hureyrənin (A.R.O.) digər rəvayətində Peyğəmbərin (S.A.V.) belə dediyi rəvayət olunur: «Allah yolunda cihad edən insan, o, geri qayıdana qədər namaz qılıb, otuc tutub, Allahın digər ayələrinə bağlanıb, orucunu açmadan, namazında fasilə vermədən ibadət edən kimsənin timsalındadır»[2].
Onun digər hədisində Peyğəmbərin (S.A.V.) belə dediyi rəvayət olunur: «Allah Onun yolunda olanların savabını dərhal verər və deyər: O, yalnız Mənə iman gətirib və peyğəmbərlərimi təsdiqləyib bu işə qatılıb. Mən də onu qazandığı savab və qənimət ilə geri qaytarar, yaxud cənnətə daxil edərəm»[3].

 
[1] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 2126. Silsilətus Səhihə: № 921. Buxari: 6/ 11/ № 2790.
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 5851. Müslim: 3/ 1498/ № 1878. Tirmizi: 3/ 88/ № 1669.
[3] Buxari: 1/ 92/ № 36. Müslim: 3/ 1495/ № 1876.