Cihadı tərk etməmək barədə xəbərdarlıq

    13.04.2015

Uca Allah buyurur: «Ey iman gətirənlər! Sizə nə oldu ki, “Allah yolunda döyüşə çıxın!” – deyildikdə yerə yapışıb qaldınız. Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki dünya malı axirət yanında (axirətlə müqayisədə) yalnız cüzi bir şeydir! Əgər (sizə əmr olunan bu döyüşə) çıxmasanız, Allah sizə şiddətli bir əzab verər və sizi başqa bir tayfa ilə əvəz edər (yerinizə başqa bir tayfa gətirər). Siz isə Ona (döyüşə çıxmamağınızla Allaha və Peyğəmbərinə) heç bir zərər verə bilməzsiniz. Allah hər şeyə qadirdir!»[1]
Digər ayədə isə belə buyurur: «(Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın...»[2].

İbn Kəsir deyir: Leys ibn Səəd, Yezid ibn Əbu Həbibdən, o da Əsləm Əbu İmrandan rəvayət edir ki, «Konstantilopolun (İstanbulun köhnə adı) fəthində mühacirlərdən bir nəfər kişi düşmənin üzərinə hücum çəkdi və onların cərgəsini yardı. Əbu Əyyub əl-Ənsari (A.R.O.) də bizimlə idi. Bəzi insanlar dedilər ki, o, öz əli ilə özünü təhlükəyə atdı. Əbu Əyyub isə dedi: Biz bu ayəni daha yaxşı dərk edirik. Bu ayə bizim barəmizdə nazil olmuşdu. Biz Peyğəmbərlə (S.A.V.) silahdaşlıq etmiş, onunla döyüşlərdə olmuş və ona kömək etmişik. İslam yayılıb gücləndikdə biz ənsarlar mehribanlıqla bir yerə toplaşıb dedik: Allah İslam yayılana və müsəlmanlar çoxlana qədər bizə Onun Peyğəmbəri (S.A.V.) ilə yoldaşlıq etməyi və ona dayaq olmağı əta etmişdir. Biz bu müddət ərzində bunları ailəmizdən, malımızdan və övladımızdan üstün tutmuşuq. Artıq döyüşlər bitmişdir. Gəlin ailəmizin və övladlarımızın yanına qayıdaq və onların yanında olaq.
Bundan sonra bizim barəmizdə ayə nazil oldu: «(Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın,...». Bu təhlükə, ailəmizin və mal-dövlətimizin yanında qalıb, cihadı tərk etmək idi».
Hədisi Əbu Davud, Tirmizi, Nəsai, Əbd ibn Humeyd "Təfsir" kitabında, İbn Əbu Hatim, İbn Cərir, İbn Mərdaveyh, Hafiz Əbu Yalə əl-Musili "Müsnəd", İbn Hibban "əs-Səhih", Hakim "əl-Müstədrək" kitabında rəvayət etmişdir. Hamısı Yezid ibn Əbu Həbibin sənədi ilə rəvayət etmişlər. Tirmizi demişdir ki, bu hədis "Həsən Səhih Qərib"dir. Hakim isə demişdir ki, bu hədis Buxari və Müslimin şərtlərinə cavab verir, amma onlar "səhih" kitablarında bu hədisi rəvayət etməmişlər[3].
İbn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Siz əl-Eynə alış-verişi etdikdə, inəklərin quyruğundan yapışdıqda, əkin-biçinlə qənaətləndikdə və cihadı tərk etdikdə Allah sizə elə bir zəlillik verər ki, dininizə qayıtmayıncaya qədər o zəlilliyi sizdən uzaqlaşdırmaz»[4].

 
[1] Tövbə: 38-39.
[2] Bəqərə: 195.
[3] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 2187. İbn Kəsir "Təfsir": 1/ 228. Əbu Davud: 7/ 188/ № 2495. Tirmizi: 3/ 280/ № 4053. Hakim: 2/ 275.
[4] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 423. Əbu Davud: 9/ 335/ № 3445.