Cihadın hökmü
Uca Allah buyurur: «(Allahın düşmənlərinə qarşı) döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz»[1].
Cihad Fərzul Kifayədir[2]. Uca Allah buyurur: «Zərər çəkmədən (üzürsüz səbəbə görə evlərində) əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) kimsələr bir olmazlar. Allah malları və canları ilə vuruşanları (evlərində) əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə etibarilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə savab) vəd etmişdir. (Lakin) Allah mücahidlərə (evlərində) oturanlardan daha böyük mükafatlarla imtiyaz vermişdir»[3]. Uca və nöqsansız Allah bizə xəbər verir ki, mücahidlər daha üstün dərəcə sahibidirlər. Amma həm onlara, həm də evlərində oturanlara yaxşı vəd vermişdir. Əgər evdə oturanlar fərz əməli tərk etmiş sayılsaydılar, o zaman onlara yaxşı deyil, pis vəd verilərdi.[4]
«Bil ki, çoxlu Cihad etmək müstəhəbdir. Buna əsas verən amil, bu haqda deyilən Quran ayələri və hədislərdir... Peyğəmbərə (S.A.V.) cihad etmək əmr olunandan sonra o heç olmazsa ildə bir dəfə cihada çıxardı. Bu işdə onu örnək tutmaq vacibdir. Çünki bu təkrar olunan bir fərz əməldir... Necə ki, oruc və zəkat da belədir. Əgər il ərzində buna bir dəfədən çox ehtiyac duyularsa bu da vacibdir. Bu əməl fərzu kifayə olduğu üçün, meyarı da ehtiyacla ölçülməlidir. Daha doğrusunu Allah bilir... ». «Lakin biz və bütün insanlar bilməlidirlər ki, İslam şəriətinə əsasən qarşı tərəf döyüşdən öncə mütləq xəbərdar edilməli və bunlardan birini seçməlidir: Ya İslamı qəbul etməli, yaxud cizyə vergisi verməli, ya da döyüş olmalıdır. Düşmənlə bağlanmış əhdin pozulması –xəyanət təhlükəsinin olması – halında hökm dərhal icra olunur. .... »[5].