Cihad etmək kimə vacibdir?

    13.04.2015

Cihad, həddi büluğa çatmış, aqil, azad, döyüşməyə gücü olan, səfərdə olarkən özünə və ailəsinə yetən qədər mal-dövləti olan müsəlman kişiyə vacibdir. Cihadın kafirə deyil, müsəlmana vacib olması aydındır. Belə ki, cihad özü kafirlərə qarşı döyüşməkdir.
Cihadın, uşağa deyil, həddi büluğa çatana vacib olması İbn Ömərin (A.R.O.) hədisinə görədir. «Uhud günü mən də döyüşə getmək üçün Peyğəmbərə (S.A.V.) müraciət etdim. Həmin vaxt mənim on dörd yaşım var idi. O mənim döyüşə getməyimə icazə vermədi. Sonra Xəndək döyüşündə ona müraciət etdim və mənə icazə verdi. Həmin vaxt mənim on beş yaşım var idi»[1].
Cihadın aqil insana vacib olması, “Üç qism insana etdiyinə görə günah yazılmır:...(onlardan biri də dəlidir)[2].
Cihadın qadınlara deyil, təkcə kişilərə vacib olması Aişənin (A.R.O.) hədisinə əsaslanır. Hədisdə deyilir: «Ey Allahın elçisi, qadınlar da cihad edirlərmi? O dedi: Onlar üçün döyüşsüz cihad vardır. Bu, həcc və ümrədir»[3].
Cihadın xəstə və imkansız insana vacib olmaması uca Allahın bu ayəsinə əsaslanır: «Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq (heç bir pisliyə meyl etməmək) şərtilə, acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələtə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz xərcini təmin etməyə qadir olmayanlara döyüşə getməməkdə) heç bir günah yoxdur...»[4].
Cihadın qeyri azad insana vacib olmaması, kölənin ağasının mülkündə olmasıdır. Ona görə də kölə, ağasının icazəsi olmadan cihad edə bilməz.

 
[1] Buxari: 5/ 276/ № 2664. Müslim: 3/ 1490/ № 1868. Tirmizi: 3/ 127/ № 1763. Nəsai: 6/ 155. Əbu Davud: 12/ 80/ № 4383.
[2] Bu hədis artıq bir neçə dəfə təkrarlanıb.
[3] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 2345. İbn Macə: 2/ 968/ № 2901. Əhməd: 11/ 18/ № 21. Darəqutni: 2/ 284/ № 215.
[4] Tövbə: 91.