Əhd bağlayan kafirlərə (Zimmilərə) aid olan hökmlər

    13.04.2015

İnsan hüquqlarında, müqavilələrdə, davranışlarda, cinayətlərin cəzalarında, tələf olmuş şeylərin əvəzinin qaytarılmasında və ümumi cəzalarda olan İslam hökmləri onlara da aid edilir.[1]
Ənəs (A.R.O.) deyir ki, bir nəfər yahudi bir qadının başını iki daş arasına qoyub əzmişdi. Ondan: bunu kim edib? bir-bir ad çəkib, filankəs? filankəs? – deyə soruşdular. Yəhudinin adı çəkiləndə qadın başı ilə işarə etdi. Yəhudini gətirdilər və o, cinayəti etiraf etdi. Sonra Peyğəmbər (S.A.V.) əmr etdi və onun da başı iki daş arasında əzildi.[2]
İbn Ömər (A.R.O.) deyir ki, «evləndikdən sonra zina etmiş iki nəfər yəhudini Peyğəmbərin (S.A.V.) yanına gətirdilər və o, onları daşqalaq elətdirdi»[3].

 
[1] Mənarus Səbil: 2/ 298.
[2] Buxari: 12/ 198/ № 6876. Müslim: 3/ 1299/ № 1672. Nəsai: 8/ 22. Əbu Davud: 12/ 267/ № 4512. Tirmizi: 2/ 426/ № 1413.
[3] Hədis səhihdir. əl-İrva: № 1253.