Əhd nə vaxt pozulur?

    13.04.2015

Əhd bağlayan kafirlərdən kimsə cizyə verməkdən, yaxud İslam qanunlarına riayət etməkdən imtina edərsə artıq onun bağladığı əhd pozulmuş sayılır. Çünki o, bağladığı əhdin şərtlərinə sadiq çıxmamışdır.
Həmçinin müsəlmanlara qarşı ədavət göstərməklə, Allahı və ya rəsulunu söyməklə də əhd pozulur.
Müsəlman qadını zinaya məcbur etmək istəyən bir nəfər əhd bağlayan kafirin işi Ömərə (A.R.O.) çatır. Ömər deyir: Biz sizinlə belə əhd bağlamamışıq. Sonra onun Qüdsdə asılmasını əmr etdi[1].
Əli (A.R.O.) deyir ki, bir nəfər yəhudi qadın Peyğəmbəri (S.A.V.) söyür və ona tənə edirdi. Sonra bir nəfər kişi həmin qadını boğub öldürdü. Peyğəmbər (S.A.V.) qadının qanına görə heç bir cəza tətbiq etmədi.[2]

 
[1] Hədis həsəndir. əl-İrva: № 1278. İbn Əbu Şeybə: 2/ 85/ № 11. Beyhəqi: 9/ 201.
[2] Hədisin sənədi səhihdir. əl-İrva: 5/ 91. Əbu Davud: 12/ 17/ № 4340. Beyhəqi: 9/ 200.