Tədbir görmək
Tədbir görmək dedikdə, kölə sahibinin öz köləsinə: “Mən öləndən sonra sən azadsan” – sözləri ilə, vəsiyyət etməsi nəzərdə tutulur. Belə olan təqdirdə əgər kölə, kölə sahibinin malının üçdə birindən çox etmirsə onda kölə azad edilməlidir[1].
İmran ibn Hüseyn deyir ki, «bir kişinin altı nəfər köləsi var idi. Bundan başqa mal-dövləti yox idi. Həmin kişi ölməmişdən öncə onların hamısını azad etdi. Amma Peyğəmbər (S.A.V.) onları üç dəstəyə böldü. Sonra onların arasında püşk atdı. Onların ikisini azad etdi, digər dördünü isə kölə olaraq saxladı. Və kölə sahibinə (bütün var-dövlətini sədəqə etdiyi üçün) kəskin münasibət bildirdi».[2]