Kölə azad etməyin səbəbləri

    13.04.2015

Kölənin azad edilməsi, mülk sahibi tərəfindən Allah rizasını qazanmaq məqsədi ilə könüllü şəkildə baş verir. Buna əsas ötən hədislərdir. Kölənin azad edilməsi həmçinin mülk sahibliyi ilə olur. Kimin məhrəmi onun mülkünə keçərsə dərhal azad olur.
Səmurə ibn Cundub (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kimin məhrəmi onun mülkünə keçərsə, o, dərhal azad olur»[2].
Kölənin bir hissəsi azad olunarsa o, tam azad ola bilər. İki nəfərin mülkünə aid olan kölə, sahiblərinin biri tərəfindən azad olunarsa, əgər azad edən tərəfin imkanı varsa digər şərikinin kölə payını ödəyib köləni tam azad etməlidir.
Abdullah ibn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kimsə başqası ilə ortaq olan köləsini azad edərsə, əgər onun kölənin qiyməti dəyərində malı varsa onda kölə ortaq qiymətlə dəyərləndirilir və kölə sahibi kölənin qalan qiymətini ortaqlarına ödəyir. Əks halda o öz payı ilə köləni qismən azad etmiş sayılır»[3].
Əgər köləni azad edənin mal-dövləti yoxdursa o artıq öz payından köləni qismən azad etmişdir. Kölə isə çalışıb özünün qalan payını azad etməlidir. Yəni, çalışıb, işləyib öz dəyərini ödəyən qədər ağasına xidmət edib özünü azad etməlidir.
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kimsə başqası ilə ortaq olan köləsini azad edərsə, əgər onun kölənin qiyməti dəyərində malı varsa onda kölə (ortaq qiymətlə dəyərləndirilir və kölə sahibi kölənin qalan qiymətini ortaqlarına ödəyir). Əks halda kölənin digər ağalarında qalan payı dəyərləndirilir və ona çətinlik yaradılmadan özünü azad etməsinə rahatlıq yaradılır»[4].

 
[1] Mənarus Səbil: 2/ 110.
[2] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 2046. Əbu Davud: 10/ 480/ № 3930. Tirmizi: 2/ 409/ № 1376. İbn Macə: 2/ 843/ № 2524.
[3] Buxari: 5/ 151/ № 2522. Müslim: 2/ 1139/ № 1501. Əbu Davud: 10/ 466/ № 3921. Tirmizi: 2/ 400/ № 1361.
[4] Buxari: 5/ 156/ № 2527. Müslim: 2/ 1140/ № 1503. Əbu Davud: 10/ 452/ № 3919. Tirmizi: 2/ 401/ № 1358. İbn Macə: 2/ 844/ № 2527.