Namazların vaxtını gecikdirmək günahdır?

    18.01.2014
Kimdən: 
naile
Sual: 
Her gün namazi istemeden gecikdirirem bu boyuk gunahdirmi?
Cavab: 

Salam aleykum. Əgər namazlarınızı qəzaya saxlayırsınızsa, bəli, bu günahdır. Yox, əgər qəzaya saxlamadan sadəcə fəzilətli vaxtını buraxırsınızsa yenə də savabdan geri qalırsınız. Çalışın namazlarınızı qoruyasınız. Allah Təala möminlərin sifətlərini vəsf edərkən belə deyir: "Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!). O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!). O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər; O kəslər ki, zəkat verərlər; kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır). O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər); Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar); Onlardır (bilin) varis olanlar – Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!" (əl-Mu'minun, 1-11).
"Namazları və xüsusi ilə də (əsr-günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238).
"Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər...". (əl-Maun, 5-7).
Amma istəməyərəkdən qəsdsiz şəkildə edirsizsə; "...Səhvən etdiyiniz əməllərə görə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5).

 

Teqlər: 
Paylaş: