Cümə namazı

    14.04.2015

Hər bir müsəlmanın Cümə namazına gəlməsi vacibdir. Yalnız beş qrup insan: kölə, qadın, uşaq, xəstə və müsafir - bu hökmdən istisnadır. Uca Allah buyurur: «Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!»[1]
Tariq ibn Şihab Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Camaatla cümə namazını qılmaq, hər bir müsəlmana vacib buyurulan bir haqdır. Yalnız dörd qrup insan: kölə, qadın, uşaq və xəstə - istisnadır»[2].
İbn Ömər Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: « Müsafirə, cümə namazı vacib deyildir»[3].

 
[1] Cümə: 9.
[2] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 942. Səhih əl-Cami əs-Səğir: № 3111. Əbu Davud: 3/ 394/ № 1054. Darəqutni: 2/ 3/ 2. Beyhəqi: 3/ 172. Hakim: 1/ 288.
[3]Darəqutni: 2/ 4/ 4.