Cüməyə təşviq

    14.04.2015

Əbu Hureyrə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim qüsl alar və cümə namazına gələr, lazımı qədər namaz qılar, sonra xütbə bitənə qədər sakit durar və imamla namaz qılarsa onun digər cüməyə qədər və əlavə üç günün günahları bağışlanar»[1].
Əbu Hureyrənin digər rəvayətində Peyğəmbərin (S.A.V.) belə dediyi rəvayət olunur: «Beş vaxt namaz, bir cümə digər cüməyə, ramazan gələn ramazana qədər baş verəcək böyük deyil, kiçik günahları əfv etdirir»[2].

 
[1] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6062. Müslim: 2/ 587/ № 857.
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 3875. Müslim: 1/ 209/ № 233. Tirmizi: 1/ 138/ № 214. Onun rəvayətində, “Ramazan gələn ramazana qədər” – sözləri yoxdur.