Cümə namazına səhlənkar yanaşmaqdan çəkinin

    14.04.2015

İbn Ömər və Əbu Hureyrə deyirlər ki, biz Peyğəmbərin minbər üzərində belə dediyini eşitmişik: «Cümə namazlarını tərk edənlər bu işdən əl çəksinlər. Əks halda Allah onların qəlblərini möhürləyər və beləliklə qafillərdən olarlar»[1].
Abdullah deyir ki, Peyğəmbər (S.A.V.) cümə namazını qılmayan bir qrup insana belə demişdir: «İstəyirəm öz yerimə bir nəfəri imam təyin edim, sonra gedib cüməyə gəlməyən bəzi kişilərin evlərini yandırım»[2].
Əbul-Cəəd əd-Dumari Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim cüməyə səhlənkar yanaşaraq üç cüməni tərk edərsə, Allah onun qəlbini möhürləyər»[3].
Usamə ibn Zeyd Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim üzürsüz səbəbə üc cüməni tərk edərsə münafiqlərdən sayılar»[4].

 
[1] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 5480. Müslim: 2/ 591/ № 865. Nəsai: 3/ 88.
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 5142. Müslim: 1/ 452/ № 652.
[3] Həsənun səhih. Silsilətus Səhihə: № 923. Əbu Davud: 3/ 377/ № 1039. Tirmizi: 2/ 5/ № 498. Nəsai: 3/ 88. İbn Macə: 1/ 357/ № 1125.
[4] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6144. Təbərani: 1/ 170/ № 422.