Cümənin vaxtı

    14.04.2015

Cümə namazı zöhrün vaxtında qılınır. Həmçinin zöhrün vaxtından əvvəl də qılına bilər[1].
Ənəs ibn Malik deyir ki, «Peyğəmbər (S.A.V.) cümə namazını günəş zenit xəttini keçəndə qılardı»[2].
Cabir ibn Abdullahdan soruşurlar: Peyğəmbər (S.A.V.) cümə namazını nə vaxt qılardı? Cabir isə deyir: Peyğəmbər (S.A.V.) cüməni qılar, sonra günəş zenit xəttini keçdiyi zaman biz gedib dəvələrimizi rahatlardıq.[3]

 
[1] Bu məsələ, yəni, genəş zenit xəttini keçmədən əvvəl cümə namazının qılınması – haqqında alimlər arasında fikir ayrılığı mövcuddur. Məsələ daha aydın olsun deyə bu haqda sizə İmam Nəvəvinin “Şərhu Səhih Müslim” kitabından (3/ 230) açıqlama gətirəcəyik:
Sitat: «Günəş zenit xəttini keçdikdə cümə namazının qılınması fəsli:
Cabirin: “Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) cüməni qılar, sonra biz gedib dəvələrimizi rahatlardıq” – hədisindəki vaxtın, günəş zenit xəttini keçdiyi zamana aid olması deyilmişdir. Digər rəvayətdə: “günəş zenit xəttini keçdiyi zaman” – sözləri qeyd olunur. Səhlin rəvayətində isə deyilir: “Biz yeməyimizi və yatmağımızı cümədən sonra edərdik”. Sələmənin hədisində isə deyilir: “Günəş zenit xəttini keçdiyi zaman Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) cüməni qılar, qayıdanda isə kölgə axtarardıq”. Digər rəvayətdə deyilir: “Kölgələnmək üçün kölgəlik tapa bilmirdik”. Bütün bu hədislər cümə namazının tez qıldırılmasına dəlalət edir. İmam Malik, Əbu Hənifə, Şafii, bütün alim səhabələr, tabbinlər və onlardan sonra yaşayan alimlər demişlər ki, günəş zenit xəttini keçməmiş cümə namazını qılmaq olmaz. Yalnız Əhməd ibn Hənbəl və İshaq bu fikrə müxalif olublar. Onlar, günəş zenit xəttini keçməmiş cümə namazının qılınmasına icazə veriblər. Qazi İyad deyir: Bu haqda səhabələrdən rəvayətlər var amma onların heç biri səhih deyildir. Yalnız, əksər alimlərin qeyd etdikləri rəvayətlər səhihdir. Həmin alimlər bu hədisləri cümə namazının həddindən artıq tez qılınmasına bir işarə kimi qəbul etmişlər...».
Beləliklə müəllifin, cümə namazının zöhrün vaxtından əvvəl qılınması haqda dediyi rəy məqbul sayılmır. (tərc.)
[2] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 960. Buxari: 2/ 389/ № 904. Əbu Davud: 3/ 427/ № 1071. Tirmizi: 2/ 7/ № 501.
[3] Hədis səhihdir. əl-İrva: № 597. Müslim: 2/ 588/ № 858.