Peyğəmbərin (S.A.V.) xütbə vermə metodu
Peyğəmbər (S.A.V.) deyərdi: «Kişinin namazının uzunluğu və xütbəsinin qısalığı onun fəqih olmasına dəlalət edir. Namazı uzadın, xütbəni qısaldın. Həqiqətən bəzən, danışıq sehr kimi olur»[1].
Cabir ibn Səmurə deyir: «Mən namazları Peyğəmbərlə (S.A.V.) qılırdım. Onun namazı və xütbəsi nə çox uzun - nə çox qısa, normal olurdu»[2].
Cabir ibn Abdullah deyir ki, «Peyğəmbər (S.A.V.) xütbə verərkən, səhər-axşam düşmənin mövqeyini bildirən qoşun rəhbəri kimi, gözləri qızarar, səsi yüksələr və qəzəbi artardı»[3].