Hansı halda cüməyə yetişmiş sayılır?
Cümə namazı camaatla birlikdə iki rükət qılınır. Boynuna cümə namazını qılmaq vacib olmayan, yaxud üzür sahibi olan kimsə cümə namazına gəlməzsə onda dörd rükət zöhr namazını qılır. Kim namazın bir rükətini imamla qılarsa artıq cümə namazına yetişmişdir. Demək, Əbu Hureyrə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim cümə namazının bir rükətinə yetişərsə, artıq cümə namazına çatmış sayılır»[1].
[1] Hədis səhihdir. əl-İrva: № 622. Səhih əl-Cami əs-Səğir: № 5999. Nəsai: 3/ 112. İbn Macə: 1/ 356/ № 1121. Oxşar rəvayətlə.