Cümədən öncə və sonra namaz qılmaq

    14.04.2015

Əbu Hureyrə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim cümə günü qüsl alar və cümə namazına gələr, lazımı qədər namaz qılar, sonra xütbə bitənə qədər sakit durar və imamla namaz qılarsa onun digər cüməyə qədər və əlavə üç günün günahları bağışlanar»[1].
Kim cümədən öncə məscidə gələrsə, imam minbərə çıxana qədər, istədiyi sayda namaz qılsın. Amma, bu gün cümənin əvvəl sünnəsi kimi tanınan namaza gəlincə, belə bir namazın qılınması tam əsassızdır. Bildiyimiz kimi Bilal azanı bitirən kimi Peyğəmbər (S.A.V.) xütbəyə başlayardı. Bu arada heç kəs qalxıb iki rükət namaz qılmaz və namaz üçün yalnız bir azan verilərdi. Elə isə onlar bu namazı nə vaxt qılırdılar?[2]
Amma cümə namazından sonra ya iki, ya da dörd rükət sünnə namazı qılmaq olar.
Belə ki, Əbu Hureyrə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Biriniz cümə namazını qıldıqdan sonra dörd rükət namaz qılsın»[3].
İbn Ömər deyir ki, «Peyğəmbər (S.A.V.) cümə namazından sonra (məsciddə) namaz qılmazdı. Yalnız evində iki rükət qılardı»[4].

 
[1] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6062. Müslim: 2/ 587/ № 857.
[2] Zadul Məad: 1/ 118.
[3] Hədis səhihdir. əl-İrva: № 625. Səhih əl-Cami əs-Səğir: № 640. Müslim: 2/ 600/ № 882. Rəvayətin bu mətni onundur. Əbu Davud: 3/ 481/ № 1118. Tirmizi: 2/ 17/ № 522.
[4] Buxari: 2/ 425/ № 938. Onun rəvayətində “Evində” – sözləri yoxdur. Müslim: 2/ 600/ № 822.