Cümə namazı mərkəzi məscidlərdə qılınır
Aişə deyir ki, «insanlar cümə günü evlərindən və Əvali[1] adlı yerdən namaza gələrdilər»[2].
Zuhri deyir ki, «Zül-Huleyfə əhalisi cümə namazını Peyğəmbərlə (S.A.V.) birlikdə qılardılar. Bu yer Mədinə şəhərindən altı mil uzaqlıqda yerləşir»[3].
Əta ibn Əbu Rəbah deyir ki, «Mina əhalisi cümə namazını Məkkədə qılardılar»[4].
Hafiz İbn Həcər əl-Əsqəlani “ət-Təlxis” kitabında (2/ 55) deyir: «Heç bir rəvayətdə Peyğəmbərin Mədinə və ya Mədinə yaxınlığında yerləşən məscidlərdə namaz qılmağa icazə verməsi deyilmir».